Cəmiyyət
9-03-2022, 11:23
1 656
Elman Nəsirov: Rus sülhməramlılarının öz missiyasını layiqincə yerinə yetirdiyini deyə bilmərik
“Dünyamız soyuq müharibədən sonra Rusiya-Ukryana müharibəsindəki qədər təhlükəli olmamışdı. Bir qədər də konkretləşdirsək deyə bilərik ki, 1962-ci il Karib böhranından sonra dünyamız bu qədər dünya müharibəsi təhlükəsi ilə üz-üzə qalmamışdı. Rusiya-Ukrayna münaqişəsinə diqqət yetirsək, o zaman görərik ki, bu münaqişəsi əslində Ukrayna ilə Rusiya arasında deyil, Rusiya ilə ABŞ və NATO arasındakı müharibədir. Sadəcə məkan olaraq Ukrayna seçilib”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, ona görə də bu münaqişəyə Rusiya-Ukrayna müharibəsi kimi qiymətləndirmək düz deyil. “Bu əslində uzun müddətdir Rusiya ilə Qərb arasında gedən ziddiyətlərin Ukraynada özünü büruzə verməsidir”- o qeyd edib.
Deputat əlavə edib ki, 2007-ci ildə RF prezidenti Putinin Münhen Təhlükəsizlik Konfransındakı məlum çıxışı hələ Rusiya ilə Qərb arasındakı ziddiyyətlərin nə qəsdər dərin olduğunu göstərirdi: “Proses ondan sonra daha da dərinləşmək istiqamətində davam etdi. İndi isə reallıqla üz-üzəyik. Ukraynada əslində hər tərəf öz marağını güdür. Yaranmış duruma diqət yetirsək görərik ki, bundan əziyyət çəkən isə Ukrayna dövlətçiliyi, xalqıdır. Ümumiyyətlə, biz münaqişələrin, müharibələrin danışıqlar, sülh yolu ilə həllində beynəlxalq vasitəçilərin fəaliyyətinə diqqət yetirsək, onların prosesin həllinə töhfə verməsi əslində sıfıra bərabərdir. Onlar əslində mövcud münaqişələrdən öz maraqlarını təmin etməyə çalşırlar. Reallıq bundan ibarətdir. Elə bizim Qarabağ münaqişəsinə diqqət yetirmək kifayətdir. ATƏT-in 30 ilə yaxın fəaliyyətini təhlil etsək eyni qənaətə gələ bilərik. Bu gün isə Qarabağda fəaliyyət göstərən rus sülhməramlıları bölgədə sülhü, təhlükəsizliyi təmin etmək əvəzinə, tamam fərqli fəaliyyətin şahidi olmaqdayıq. Biz bu gün Qarabağdakı rus sülhməramlılarının üzərinə düşən missiyanı layiqincə yerinə yetirdiyini deyə bilmərik. Bu necə fəaliyyətdir ki,son günlərdə separatçıların tör-töküntüləri yenidən pozuculuq fəaliyyəti ilə məşğuldurlar. O zaman sual olunur ki, bəs sülhməramlılar nə işlə məşğuldur.
Digər tərəfdən Rusiya Müdafiə nazirliyi Şərqi Zəngəzur və Qarabağ inzibati ərazisini Dağlıq Qarabağ kimi təqdim etməsi qəbuledilməzdir. Düzdür, Azərbaycanın Müdafiə Nazirliyi buna etiraz edək yanlışlığa yolverilməzliyi qarşı tərəfin diqqətinə çatdırıb. Hesab edirəm ki, beynəlxalq aləmin və sülhməramlı missiyaların əsas məqsədi hansısa bölgədə sülhə deyil, konkret geopolitik məqsədlərə xidmət edir. Onlar yaranmış durumlardan öz geosiyasi məqsədlərini güdürlər. Bir çox hallarda isə sülhməramlı qüvvələr münaqişə bölgəsində vəziyyətin dramatikləşməsinə xidmət edirlər”.