Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə videokofrans keçirdi - FOTO
16-09-2020, 13:59
274

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə videokofrans keçirdi - FOTO

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı Səfirliyinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə videokofrans keçirdi.  

Konfransda  Türkiyənin Azərbaycandakı səfri Ərkan Özoral , səfirliyin əməkdaşları, millət vəkilləri, tarixci alimlər, lNuru Paşanın Gəncədə olan zaman iqamətgah etdiyi evin sahibi, Nağı bəyin qardaşl  nəvəsi Arifə xamım Şeyxzamanlı, Kazım Karabekir Paşanın qızı Timsal xanım, millət vəkillərimiz,  qardaş Türkiyənin ehtiyatda olan generalları  ,  iki ölkənin QHT sədrləri, baş redaktorlar , jurnalistlər iştirak etdi.



Konfrans  Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi  və  şəhidlərin Xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə işinə başladı. Daha sonra Qafqaz İslam Ordusuna həsr olunmuş video rolik təqdim olundu. Tədbirin moderatoru,  Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun konfrans haqqında qısa məlumatından sonra sözü  Türkiyənin Azəbaycandakı səfiri cənab Erkan Özoral verdi. Səfir əsrlərdən gələn Türkiyə-Azərbaycan münasibətləri, iki qardaş ölkənin birgə inkişaf yolu haqqında danışdı.  Azərbaycan və Türkiyənin birlikdə keçirdiyi hərbi təlimlərdən, Hər iki ölkə prezidentlərinin 15 sentyabrla bağlı  qarşılıqlı məktublarından danışdı.



Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Marifləndirmə İB-nin sədri Emin Həsənli çıxış edərək bildirdi ki, Bakının işğaldan azad edilməsi tarixin ən böyük zəfərlərindən biridir.  Qafqaz İslam Ordusunun qardaşlıq köməyi heç vaxt unudulmayacaq.



Konfransda Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov çıxış edərək vurğuladı ki, 15 sentyabrda Bakının işğaldan azad edilməsi ilə qazanılan bu zəfər tək bugünkü Azərbaycanın  və Türkiyə əlaqələrində də böyük rolu olduğunu qeyt etdi. 15 sentyabr Azərbaycan tarixdində müstəsna rolu olduğunu bəyan etdi.   Kazım Karabəkir Paşanın qızı Timsal xanım  atasının Naxçıvan , Qars və Təbrizdəki fəaliyyətindən bəhs etdi.Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlı olduğumuzu bildirdi. “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Türk Ocaqları başqanı Akif Aşırlı öz çıxışında Azərbaycan və Türkiyənin hər zaman olduğu kimi bundan sonra da “iki dövlət, bir millət” şüarı ilə irəliləyəcəyini dedi.



Daha sonra Türkiyə Ehtiyatda Olan Zabitlər Birliyinin sədri   ehtiyatda olan general-leytenant Namıq Kəmal ÇALIŞKAN Türkiyənin ehtiyatda olan zatitləri, hərbiciləri və qaziləri Qarabağ uğrunda döyüşə hazır olduqlarını bəyan etdi.Türkiyən ehtiyada olan general mayoru 2011-13-cü ildə Bakıda hərbi atteşşə işləmiş   Yusel Qarauz dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd etdi . Tarix elmlər doktoru Nəsiman Yyaqublu Qafqaz İslam Ordusunun tarixi missiyasından bəhs edərək ,  Nuru Paşanın Bakı şəhərində  abidəsinin qoyulması təklifini  irəli sürüldü.

Bundan başqa, Nuru Paşanın Gəncə şəhərində iqamətgah etdiyi evin sahibi, Nağı bəyin qardaşı nəvəsi Arifə xanım Şeyxzamanlı, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, istefada olan polkovnik Mehman Süleymanov çıxış etdilər.

Oxşar xəbərlər