Cəmiyyət
8-04-2022, 17:16
6 747
Danışıqların nəticəsi Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilə bilər - ŞƏRH EDİLDİ
“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçirildi. Bu sayca Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə baş tutan ikinci görüşdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, görüşdə 4 saat yarım müddət ərzində danışıqlar aparılıb: “Danışıqların nəticələrini Avropa İttifaqı Şurasının prezidenti olduqca məhsuldar adlandırıb. Gecə saatlarında həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində irəliyə doğru atılmış böyük addım kimi qiymətləndirib. Heç şübhəsiz ki, bu danışıqların nəticələri Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyasının çox böyük uğuru kimi qiymətləndirilə bilər.
Burada ən vacib məqamlardan biri odur ki, artıq post-müharibə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində mühüm yeni bir format formalaşıb. Bu Brüssel sülh danışıqları formatı və Brüssel sülh gündəliyidir. Bu gündəliyin formalaşmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna xidməti var.
Bu bir saha cənab Prezidentin beynəlxalq aləmdə olan nüfuzunun ifadəsidir. Bu Aİ rəhbərliyinin Azərbaycan Prezidentinə olan yüksək diqqətinin və onu nüfuzlu Lider kimi qəbul etməsinin bariz nümunəsidir”.
Deputat sözlərinə belə davam edib: “İstənilən uğur təbii ki, onun nəticələri baxımından qiymətləndirilir. Nəticələr isə ürəkaçandır.
Burada xüsusilə onu qeyd etmək istəyirəm ki, Ermənistan tərəfi yəqin ki, danışıqlar prosesində iki məqamı çox istərdi ki, qabartsın və həmin məsələləri gündəliyin əsas mövzusuna çevirsin. Bu onların olmayan və köhnəlmiş Dağlıq Qarabağ statusu ilə bağlı məslədir. Halbuki belə bir iqtisadi ərazi vahidi yoxdur. Yanlız Qarabağ iqtisadi rayonu var. Digər məqam isə ATƏT-in Minsk qrupunun post-müharibə dövrünün sülh məsələlərinin tənzimlənməsində iştirakını təmin etməkdir.
Hər iki məsələni Ermənistanın siyasi lideri gündəmə gətirib çıxara bilmədi. Çünki onun qarşısında Azərbaycan Prezidentinin dəmir iradəsi və onun irəli sürdüyü məlum 5 baza prinsipləri var idi. Ermənistan baş naziri 4,5 saata qədər çəkən danışıqlarda məhz Azərbaycan Prezidentinin irəli sürdüyü məsələlər haqqında müzakirə aparmaq məcburiyyətində qaldı. Əldə edilmiş razılaşma da belə oldu ki, sülh sazişi imzalanarkən Azərbaycanın müəllifi olduğu 5 baza prinsip əsas götürülsün. Burada da əsas prinsip Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlıdır. Paşinyan da bu reallığı qəbul edib. Bu bizim çox böyük diplomatik qələbəmizdir.
Həm də konkret olaraq XİN nazirlərinə tapşırıq verilib ki, işçi qruplar formalaşdırılsın və sülh sazişinə başlamaqla bağlı danışıqlar prosesinə hazırlıq işləri görülsün. Bu da artıq vacib nəticədir.
Heç şübhəsiz ki, həllini gözləyən məsələlər arasında sərhədlərin delimitasiyası və demorkasiyası məsələləri prioritetdir. Bu sahədə də razılaşma əldə edilib. Aprel ayının sonuna qədər İkitərəfli Sərhəd Komissiyası yaradılması qərara alınıb. Onlar ilk növbədə delimitasiya məsələsi ilə məşğul olmalıdırlar.
Eyni zamanda humanitar məsələlər də ciddi müzakirə predmetidir. Aİ öhtəlik üzərinə götürüb ki, minalardan təmizləmə prosesində, azərbaycanlı soydaşların müəyyən edilməsi məsələsində, taleyi indiyə kimi məlum olmayan Azərbaycan soydaşlarının tapılması və eyni zamanda quruculuq işlərində dəstək verəcək. Söhbət ilk növbədə maliyyə və ekspert dəstəyindən gedir.
Son olaraq qeyd edim ki, bütün danışıqlar boyu və Şarl Mişelin adından yayılmış bəyanatda status söhbəti yoxdur. Heç yerdə ATƏT-in Minsk qrupunun adı çəkilmir. Artıq ikitərəfli formatda danışıqlar prioritet təşkil etməyə başlayıb. Bu ATƏT-in Minsk qrupunun inkarı deməkdir.
Avropada yaşanan enerji böhranı konteksində Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində oynadığı rol daha da artıb. Bunu Aİ liderləri açıq şəkildə etiraf edir. Bütün bu məsələlərdə Azərbaycan Prezidenti İlham Əliyevə böyük ümidlər var. Onun imkan və potensialı, Lider kimi keyfiyyətləri yüksək qiymətləndirilir. Bütün bunlar ona dəlalət edir ki, cənab Prezident milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir və bu siyasət heç bir halda üçüncü tərəfi hədəf almayıb. Siyasətij məqsədi əməkdaşlıq, sülhə, təhlükəsizliyə, rifaha töhvə verməkdir. Bunu Aİ-də görür və yüksək qiymətləndirir.
Beləliklə, cənab İlham Əliyev növbəti dəfə Azərbaycanın milli maraqlarının yüksək səviyyədə müdafiəsi istiqamətində Brüsseldə mühüm diplomatik uğura imza atdı. Bütün bunlar belə bir inam hasil edir ki, post-müharibə dövründə həllini gözləyən məsələlərlə bağlı yaxın perspektivdə çox ciddi irəliləyişlərə şahid ola bilərik”.