179 saylı məktəbdən «QƏRİBƏ MÜNASİBƏT» — KÜRƏKƏNDƏN AÇIQLAMA
21-04-2022, 17:13
7 042

179 saylı məktəbdən «QƏRİBƏ MÜNASİBƏT» — KÜRƏKƏNDƏN AÇIQLAMA

Rubrika.Az saytında 31 mart 2022-ci il tarixində “Təhsilimizin qaymaqları-nazirin və yaxud gələcək nazirin diqqətinə” sərlövhəli yazı yayımlanıb. Məqalədə paytaxtın bir neçə məktəbi-o cümlədən 179 saylı tam orta məktəbin direktoru Bəyaz Novruzova barəsində tənqidi fikirlər yer alıb.

8 aprel 2022-ci il tarixində redaksiyamıza B.Novruzova tərəfindən məktub göndərilib və 179 saylı məktəbin direktoru barəsində səsləndirilən bəzi fikirlərə münasibət açıqlayıb.
179 saylı məktəbdən «QƏRİBƏ MÜNASİBƏT» — KÜRƏKƏNDƏN AÇIQLAMA 
İlk öncə xatırlatmaq istərdik ki, yazı hazırlanarkən qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə B.Novruzova ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsək də zənglərimizə cavab verilmədi. Daha sonra bizə bildirildi ki, zəng etdiyimiz nömrə (məktəbin rəsmi telefon nömrəsidir) digər korpusda yerləşir və işləmir. Bu səbəbdən də dəfələrlə belə problemlər yaranıb.
179 saylı məktəbdən «QƏRİBƏ MÜNASİBƏT» — KÜRƏKƏNDƏN AÇIQLAMA 
Lakin məqalə ilə bağlı bizimlə əlaqə saxlayan şəxs tapıldı. Çox maraqlıdır ki, səsləndirilən fikirlər dövlət məktəbi və onun direktoru barəsində olsa da bizə mövqe açıqlayan ilk öncə özünü Bəyaz xanımın oğlu kimi təqdim edən, daha sonra isə kürəkəni olduğu müəyyənləşdirilən şəxs oldu. Uzun illər media sahəsində fəaliyyət göstərsək də ilk dəfədir ki, hər hansı rəsmi şəxsin əvəzinə kürəkəninin mövqe açıqladığının şahidi oluruq. Yəqin ki, bu da məktəb idarəetməsində və pedaqogikada bir ilkdir.
179 saylı məktəbdən «QƏRİBƏ MÜNASİBƏT» — KÜRƏKƏNDƏN AÇIQLAMA 
Məqalədə B.Novruzova tərəfindən “Yüksəl” hazırlıq kurslarının açılması və “Yüksəliş” müsabiqəsinin loqosunun saxtalaşdırılaraq mənimsənildiyi bildirilib. Redaksiyamıza göndərilən cavab məktubunda B.Novruzova  Sumqayıt şəhərində fəaliyyət göstərmiş “Yüksəl” Tədris Mərkəzinin 2018-ci ilin iyul ayından fəaliyyətini dayandırdığını bildirir. Daha sonra Bəyaz xanım hazırda rəhbərlik etdiyi 179 saylı məktəbə həmin ilin sentyabrında təyinat aldığını bildirir. B.Novruzovanın diqqətinə çatdırmaq istəyirik ki, “Yüksəl” kursları fəaliyyət göstərdiyi zaman o Sumqayıt şəhər M.Müşfiq adına 34N-li tam orta məktəbin direktoru vəzifəsində çalışırdı və yazıda bəhs olunan hadisələr gənclər şəhərində cərəyan edirdi. Həmçinin Tədris Mərkəzinin reklam fotoşəkillərində B.Novruzovanın ön planda çəkilməsi onun bilavasitə mərkəzin tanıtımı ilə məşğul olduğunu sübut edir. Eyni zamanda Tədris Mərkəzində dərs prosesində çəkilmiş fotoşəkillərdə məktəb inventarlarının istifadə olunması (həmin inventarların satışı qadağandır və satılmır, yalnız məktəblərə verilir) sübut edir ki, Bəyaz xanımrəhbərlik etdiyi məktəbin maddi-texniki bazasından özəl müəssisəsi üçün istifadə edib.
179 saylı məktəbdən «QƏRİBƏ MÜNASİBƏT» — KÜRƏKƏNDƏN AÇIQLAMA 
Cavab məktubunda B.Novruzova “Yüksəl” Tədris Mərkəzinin loqosu ilə “Yüksəliş” müsabiqəsinin loqosu arasında hər hansı bağlılığın olmadığını bildirir. Bəyaz xanımın fikirlərinə hörmətlə yanaşır və qəbul edirik. Lakin daha maraqlı fikirlər Bəyaz xanımın kürəkəni tərəfindən səsləndirildi. O iddia etdi ki, əslində “Yüksəliş” müsabiqəsi onların loqosunu deyil, adında olan yaxınlığı mənimsəyib. Bunu da onunla izah etdi ki, “Yüksəl” Tədris Mərkəzi zaman etibarı ilə “Yüksəliş”dən tez yaranmışdır.
179 saylı məktəbdən «QƏRİBƏ MÜNASİBƏT» — KÜRƏKƏNDƏN AÇIQLAMA 
Yəqin ki, direktorun kürəkəninin fikirlərinə Təhsil nazirliyi tərəfindən mövqe açıqlanar.
Bəyaz xanım məktubunda özünün, ailə üzvlərinin şərəf və ləyaqətinə toxunulduğunu və barələrində şər-böhtan səsləndirildiyini iddia edir. Bəyaz xanımın nəzərinə çatdırmaq istərdik ki, internet üzərindən qısa araşdırma apararsa haqqında daha kəskin ittihamlarla rastlaşa bilər. Hətta internet səhifələrində erməni əsilli olması da göstərilir. Təəssüflə bildiririk ki, indiyə qədər heç bir halda Bəyaz xanım tərəfindən bu iddialara təkzib verilməyib.
Rubrika.Az saytında yayımlanan məqalədə heç bir təhqiramiz ifadəyə və böhtana yer verilməyib. Hesab edirik ki, rəsmi şəxs olaraq B.Novruzova haqqında səsləndirilən tənqidlərə dözümlü yanaşmalı, hər tənqidi təhqir olaraq qəbul etməməlidir.

Oxşar xəbərlər