"Azneft" rəhbərliyindən ŞOK ÖZBAŞINALIQ - Daşınan yüklər fəhlədən önəmlidir?
3-05-2022, 11:07
2 024

"Azneft" rəhbərliyindən ŞOK ÖZBAŞINALIQ - Daşınan yüklər fəhlədən önəmlidir?

 "Azneft" İstehsalat Birliyinin rəhbərliyi üçün də sıravi işçilərin heç bir hüququ yoxdur. Hər halda açıqlanan faktlardan belə anlaşılır. DİA.AZ bildirir ki, Neft Daşlarında çalışan fəhlələr hər gün eyni problemi yaşasalar da, "Azneft" İstehsalat Birliyi rəhbərliyinin özbaşınalığına son qoyan yoxdur.

DİA.AZ fəhlələrdən birinin şikayətini olduğu kimi təqdim edir:

"Neftçiləri Neft Daşlarına aparıb gətirən Q.Qarayev gəmisində işçələrlə bərabər "Xəzəriaşə"nin mallarının da yüklənməsi davam edir.Belə ki, neftçilər hər dəfə Neft Daşlarına gedəndə və qayıdanda iki saata yaxın gözləməlidirlər ki, "Xəzəriaşə"nin malları gəmiyə yüklənsin. Belə ki, sahildən saat 8- də çıxmalı olan gəmi , Xəzəriaşə malları yukləndikdən sonra, saat 10 da çıxır... Neftçilər işə gəminin içərisində gözləmək məcburiyyətində qalırlar...

Neft Daşlarından yola düşdükdə isə "Xəzəriaşə" konteynerləri bosalmayanadək gəmi yola düşə bilməz. Yenə də evə getməli olan Neftçilər gəmidə gözləmək məcburiyyətində qalırlar.

Hətta bir dəfə gəmi kapitanı bir saatdan sonra küləyin siddətlənəcəyini bildirsə də, gəmini külək siddətlənənədək gözlətdilər. Mallar boşaldıqdan sonra yola saldılar. Həmən küləkli gündə bizlər bu qaydada yola düşmək məcburiyyətində qaldiq..."

Bu yerdə dia.az olaraq qurumun rəhbərliyinə cavabının verilməsi vacib olan sualları ünvanlayırıq:

- Hörmətli, "Azneft" İB Baş Direktor müavini cənab İkram Qurbanov, Q.Qarayev gəmisi sərnişin daşımaq üçün nəzərdə tutulduğu halda niyə işçilər "Xəzəriaşə" konteynerləri birlikdə yola salınır?

- Şirkətlə "Xəzəriaşə" arasında bağlanmış müqavilə öhdəçiliyində hansı şərtlər mövcuddur?..

Oxşar xəbərlər