"Həyat yoldaşını efirdə göstərənlərə pis baxıram" Ətraflı
5-05-2022, 01:29
7 731

"Həyat yoldaşını efirdə göstərənlərə pis baxıram" Ətraflı

Xanəndə Babək Niftəliyev "Üzə-düz" proqramında qonaq olub.

OLAY yazır ki, sənətçi onun haqda yanlış məlumatların yayıldığını bildirib.

"Heç bilmirəm mənim vikipediyamı kim yaradıb. Hər kəs bilir ki, 3 oğul övladım var. Amma ordakı məlumatda yanlışlıqla 5 övlad yazılıb. Hər dəfə sildirirəm sonra görürəm yenə 5-dir. Ümid edirəm ki, indiki çağrışımı da dəyərli dostlar görüb, o səhvi aradan qaldıracaq. İstərdim ki, qız övladım da olsun. Qardaşlarımın 2 qızı var, onları görürəm çox ürəyimdən keçir. Amma düşünürəm ki, elə 3 övladla da vəssalam. Şəxsi həyat barədə danışmağı sevmirəm. Sənətçi öz şəxsi həyatını heç vaxt efirə danışmamalıdır. O özəlim olaraq evdə qalmalıdır! İnan öz həyat yoldaşını efirdə göstərməz. Mən onlara çox pis baxıram. Olmaz!", - deyə, B. Niftəliyev söyləyib.

Oxşar xəbərlər