"Pandemiya cərimələrinin silinməsinin tərəfdarıyam" - Fəzail Ağamalı
6-05-2022, 17:47
7 003

"Pandemiya cərimələrinin silinməsinin tərəfdarıyam" - Fəzail Ağamalı

"Pandemiya cərimələrinin silinməsinin tərəfdarıyam. Elə cərimələr var ki, onlar silinə bilər". 
Bunu açıqlamasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, həmin cərimələr xüsusi məsuliyyət yaratmırsa, gələcəkdə qanun pozuntularını stimullaşdırmırsa, onları ləğv etmək olar. 
"Onun təsnifatını aparmaq lazımdır. Bir sıra cərimələrin ləğv olunması yaxşı olardı. Burada söhbət pandemiya ilə bağlı cərimələrdən gedir", - deyə deputat qeyd edib.

Oxşar xəbərlər