"Rabitə Bank"dan niyə imtina etməliyik... - GİLEY
12-05-2022, 10:11
2 900

"Rabitə Bank"dan niyə imtina etməliyik... - GİLEY

 "Şikayətim "Rabitə Bank"dandır. Xaricdə işlətmək üçün "Rabitə Bank"dan USD kart alıb gəlmişəm. Bir müddət idi lazım olmurdu, son dəfə bir ay əvvəl lazım oldu, kartı yoxlamaq üçün 5 USD göndərdim xarici kartdan Rabitənin "kartmani"sinə...." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Həmidə Talıbova dalı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "Saatlarla xəbər çıxmadı və həmin gün axşam kartımdan 18 AED (dirham) çıxılması gərəkən yerdə 96 AED çıxıldı. Burdakı bankla əlaqəyə keçdim, qəbul edən bankla əlaqə saxlamağı tövsiyə etdilər. Qəbul edən bank da, sağ olsun, zülm verir bir suala cavab almaq üçün. Mail yazdım,live chat bölməsində hər gün müxtəlif adlarla bir neçə xanım cavab yazır ki,3-10 iş günü ərzində cavab veriləcək sizə. 1 ay keçdi, xəbər yoxdur. Dərd orasıdır ki, göndərilən 5 USD də gəlib çatmayıb karta. Pul hardadı,kimdən soruşaq, neynəyək, bilmirik.

Hörmətli "Rabitə Bank", mən xaricdə işlədəcəyim bir kartla ilk tranzaksiyada bu qədər problem yaşayıramsa, başqa bankdan manat kartım vardı onsuz, onu istifadə edərdim, komissiyanın çıxılma səbəbini də bilərdim ki, aradakı kurs fərqinə görədir. 5 dəfə artıq komissiya tutub,bu qədər də pis müştəri xidməti necə göstərə bilirsiz, anlamıram. Ölkəyə gələn kimi ilk iş bankı dəyişmək olacaq. Bu bankdan istifadə etmək istəyənlər, nəzərinizdə olsun..."

Oxşar xəbərlər