Deputat etiraz aksiyaları keçirmək istəyənləri "beşinci kolon" adlandırdı
13-05-2022, 12:14
1 490

Deputat etiraz aksiyaları keçirmək istəyənləri "beşinci kolon" adlandırdı

"Qərb fondları və institutları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır".
Bunu Milli Məclisin iclasında deputat Cavid Osmanov deyib.
O bildirib ki, Azərbaycandakı bəzi qüvvələr həmin fondların sifarişini yerinə yetirir.
"Həmin qüvvələr Azərbaycanda qarşıdurma yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq istəyirlər. Amma onlar öz istədiklərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib", - deyə Cavid Osmanov əlavə edib.
Deputat həmin qüvvələri "beşinci kolon" adlandırıb.

Oxşar xəbərlər