Azərbaycanda Həcc ziyarətinin təşkili qaydaları dəyişdi
19-05-2022, 13:56
1 265

Azərbaycanda Həcc ziyarətinin təşkili qaydaları dəyişdi

"Qafqaz Müsəlmanları İdarəsində Həcc ziyarətinin təşkili ilə məşğul olanlar var. İdarənin nümayəndələri Səudiyyə Ərəbistanına səfər etmişdilər və bu istiqamətdə danışıqlar aparılıb".
Bunu Report-un sualına cavab olaraq İdarənin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, koonavirus pandemiyası səbəbindən iki il ziyarətlə bağlı çətinliklər vardı: "Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Nümayəndə heyəti Vətənə qayıtdıqdan sonra ətraflı məlumat veriləcək".

Oxşar xəbərlər