Paşinyan-Əliyev görüşü bu tarixdə keçirilə bilər
19-05-2022, 17:47
6 562

Paşinyan-Əliyev görüşü bu tarixdə keçirilə bilər

Ermənistan və Azərbaycan liderləri - Nikol Paşinyan və İlham Əliyevin görüşü mayın 23-də Brüsseldə keçirilə bilər.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənistan rəsmiləri hələlik xəbərə şərh verməyib.
Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli danışıqlar aparılıb. Görüşdən sonra Paşinyan və İlham Əliyev ölkələrinin xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar.

Oxşar xəbərlər