“Müxalifyönlü şəxslərin bəziləri İrəvanın ermənilərə verilməsinə haqq qazandırmağa çalışırlar” – Elman Nəsirov
28-05-2022, 16:39
16 510

“Müxalifyönlü şəxslərin bəziləri İrəvanın ermənilərə verilməsinə haqq qazandırmağa çalışırlar” – Elman Nəsirov


“Müxalifyönlü şəxslərin bəziləri İrəvanın ermənilərə verilməsinə haqq qazandırmağa çalışırlar” – Elman Nəsirov

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mayın 26 və 27-də Cəbrayıl, Füzuli və Zəngilana şəhərlərinə səfərləri çərçivəsində bir çox obyektlərin təməlqoyma mərasimində iştirak etdilər, işlərin gedişatı ilə tanış oldular. Bu, mühüm səfərlərdən biri idi. Cənab Prezident belə səfərlər çərçivəsində önəmli mesajlarla çıxış edir, bu dəfə də bu hal istisna təşkil etmədi”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat bildirib ki, Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində ictimaiyyət nümayəndələri ilə olan görüşü zamanı çıxışında bir sıra vacib məsələlərə toxunub: “Cənab prezident Müstəqillik Gününü qeyd etdiyimizi və müstəqilliyimizin əldə olunmasında Azərbaycan Xalq Cümhuriyyətinin rolunu çox yüksək qiymətləndirdi. O qeyd etdi ki, 104 il əvvəl AXC-nin tanınmış simaları Azərbaycanın dövlətçilik tarixində mühüm addıma imza ataraq müstəqil dövlət yaradıblar və onların xatirəsinin həmişə ehtiramla yad edildiyini bildirdi. Bununla yanaşı Cənab prezident başqa bir tarixi həqiqəti də söylədi ki, müstəqilliyin elan olunmasının ertəsi gün, yəni 1918-ci il mayın 29-da Azərbaycanın tarixi şəhəri olan İrəvan Ermənistana verilib. Bu faktdır, bunu şərtləndirən amillər haqqında çoxsaylı müzakirələr, mübahisələr ola bilər, amma toplanaların yerini dəyişəndə cəm dəyişmir. Faktiki olaraq bu gün Ermənistan paytaxtı İrəvandır və o, 1918-ci ildə Ermənistana təhvil verilib. Cənab prezident çıxışında qeyd etdi ki, 1918-ci ildə müstəqilliyimizi elan etdik, amma real müstəqillik Ulu Öndər Heydər Əliyevin gəlişindən sonra, 1993-cü ildə başladı. Dövləti elan etmək olar, amma onu qorumaq, formalaşdırmaq çox qəliz və mürəkkəb məsələdir. Bu missiyanı isə Heydər Əliyev həyata keçirdi. İndi bəzi müxalif siyasi qüvvələr və onların radikal təmsilçiləri bu məsələləri geniş müzakirə obyektinə çeviriblər. Bununla bağlı təhrif olunmuş məlumatlar yayırlar. Bu reallıqlar fonundan xüsusilə də İrəvanın Ermənistana verilməsi məsələsini fərqli prizmada izah etməyə çalışırlar. Yenə də bildirirəm ki, tarix və arxiv sənədləri var və bu məsələ ilə bağlı atılmış addımın mahiyyəti bəllidir. Bu, necə, hansı şəraitdə oldu, yəni bunların hamısı məlumdur... Biz gərək unutmayaq ki, fakt faktlığında qalır və bu dəyişmir. Cənab prezident vurğuladı ki, 28 aprel 1920-ci ildə müstəqilliyimizə son qoyuldu və bundan bir neçə ay sonra, yəni 1920-ci ilin noyabr ayında Qərbi Zəngəzur torpaqları Ermənistana verildi. Zəngəzurun parçalanması da Azərbaycana qarşı atılmış cinayətkar bir addım idi. 1923-cü ildə Azərbaycanda Dağlıq Qarabağ Muxtar Vilayəti yaratdılar, bu da Azərbaycanın əleyhinə atılmış qeyri-qanuni addım idi. İndi də bütün müxalif qüvvələr bu məsələlərin üstündən sükutla keçir. 1918-ci il İrəvanın verilməsi məsələsini qabardaraq, buna haqq qazandırmağa çalışırlar. Onlar eyni zamanda Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin formalaşması, qorunması, inkişafındakı rolunu görməzlikdən gəlir və bu prosesdə Elçibəyin rolundan bəhs edərək, onu şişirtməyə çalışırlar. Bəli, Elçibəy Azərbaycan Respublikasının prezidenti olub və dövlətimiz ona hörmətlə yanaşır və fəaliyyətinə qiymət verir. Bu, bəlli məsələdir, amma Heydər Əliyev kimi dünya səviyyəli bir siyasətçinin, Azərbaycanın xilaskarının rolunu görməmək, ona kölgə salaraq Elçibəyin rolunu göylərə qaldırmaq hesab edirəm ki, kökündən yalnış və eyni zamanda təxribatçı yanaşmadır. Bu hal Azərbaycan dövlətinə, onun tarixinə olan hörmətsizlikdir. Xalq hər şeyi görür. Necə deyərlər xalqın gözü tərəzidir. Xalq Ulu Öndər Heydər Əliyevə xilaskar kimi baxır, bilir ki, 1991-ci ildə müstəqillik əldə etdik, amma o müstəqillik formal idi. Məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana gəlişi ilə torpaqlarımızın işğalı prosesi dayandırıldı. Ulu Öndər prezident seçilənə qədər bəzi rayonlarımız işğal olunmuşdu, amma unutmayaq ki, o zaman Azərbaycan silahlı qüvvələri yox idi, formalaşmamışdı. Müxtəlif silahlı qruplaşmalar vardı və onlara rəhbərlik edənlər AXCP-Müsavat cütlüyünün təmsilçiləri idilər. Onlar isə Heydər Əliyevin hakimiyyətdə qalması mümkünsüz olsun deyə torpaqlarımızın təhvil verilməsində, işğal olunmasında maraqlı idilər. Bu bəlii tarixdir və hər şey gözümüzün qarşısında baş verib. 1993-cü ilin dekabr ayından 1994-cü ilin yanvar ayına qədər Ulu Öndər Heydər Əliyev tarixi Horadiz əməliyyatına rəhbərlik etdi və bunun nəticəsində Horadiz şəhəri və 22 kənd azad olundu. Ermənistan Azərbaycanla atəşkəs haqqında saziş imzalamağa məcbur oldu. “Əsrin müqaviləsi” də məhz Ulu Öndər Heydər Əliyevin sayəsində imzalandı. Bunları görməmək, dilə gətirməmək ədalətsizlikdir”.
 

Oxşar xəbərlər