Altıağacda “Cənnət bağı”nda BİABIRÇILLQ! Heyvanlara qarşı dəhşət (VİDEO)
1-06-2022, 15:22
7 455

Altıağacda “Cənnət bağı”nda BİABIRÇILLQ! Heyvanlara qarşı dəhşət (VİDEO)

Altıağacda yerləşən “Cənnət bağı” istirahət mərkəzində vəhşi heyvanlar acınacaqlı vəziyyətdə saxlanılır.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, vəhşi heyvanların saxlanıldığı qəfəs baxımsız vəziyyətdə, zibilin, çirkabın içindədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti Altıağacda yerləşən “Cənnət bağı” istirahət mərkəzində vəhşi heyvanların qəfəsdə saxlanılmasına münasibət bildirib.
Xidmətin rəisi Firuddin Əliyev Oxu.Az-ın bildirib ki, sözügedən istirahət mərkəzinin zooloji kolleksiya üçün şəhadətnaməsi var:
“2021-ci ildə Xidmətin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib və heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması, qəfəslərin böyüdülməsi ilə bağlı akt tərtib olunub”.
Xidmət rəisinin sözlərinə görə, aktın icrasının bir qismi artıq təmin olunub, digər qismi isə hazırda icra olunur.

 

Oxşar xəbərlər