"Kərimin yataqdakı halını görmək mənə ağır gəlir" - Ağamirzə
2-06-2022, 11:58
1 792

"Kərimin yataqdakı halını görmək mənə ağır gəlir" - Ağamirzə

Bir müddət öncə insult keçirən məşhur meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətində dəyişiklik yoxdur.
Bunu açıqlamasında sənətçinin yaxın dostu Ağamirzə Məmmədov deyib.
Onun sözlərinə görə, sənət dostunun səhhətində heç bir irəliləyiş yoxdur:
"Səhhətində nə irəliləyiş var, nə də geriləmə. Həkimlər müalicəsini yazır, ev şəraitində müalicə olunur. Artıq yanına  tez-tez getmirəm. Danışa bilmir. Yanında olanda hiss edirəm ki, söhbət etmək istəyir, amma nitqində problemlər olduğundan fikrini çatdıra bilmir. Kərimin yataqdakı halını görmək mənə ağır gəlir". 

Oxşar xəbərlər