Bir neçə rayonda vəzifəli şəxslərin saxlanılması xəbəri yayılıb
3-06-2022, 14:46
7 634

Bir neçə rayonda vəzifəli şəxslərin saxlanılması xəbəri yayılıb

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Beyləqanda əməliyyat keçirib.
Bu barədə “Qafqazinfo” hüquq-mühafizə orqanlarından məlumat ldə edib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki, Qazax və Xaçmazda yerləşən Ərazi Şöbələrində də axtarışlar aparılıb. Həmin idarələrin bir neçə vəzifəli əməkaşı saxlanılıb.
Qeyd olunub ki, əməliyyat çərçivəsində qurumun Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev də saxlanılıb.
Baş İdarənin həyata keçirdiyi əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.

Oxşar xəbərlər