Şəki Su idarəsinin rəisi Sabir Əhmədov idarənin avadanlıqlarını icarəyə verir…? - Sabir Əhmədov idarədə “ölü canlar” saxlayır…?
22-04-2022, 16:24
7 386

Şəki Su idarəsinin rəisi Sabir Əhmədov idarənin avadanlıqlarını icarəyə verir…? - Sabir Əhmədov idarədə “ölü canlar” saxlayır…?

Sabir Əhmədov hətta ASC-nin yeni sədri Zaur Mikayılovu saymır, deyir, mənim şefim Rafiq Aslanovdur..  

Gündəlik-Bakı olaraq dəfələrlə cəmiyyətin və dövlət qurumlarının  diqqətini  "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin  tabeçiliyində olan  qurumlarda baş verən  rüşvət, mənimsəmə və korrupsiya hallarına cəlb etməyə çalışmışıq. 
Hətta  ASC-də  baş verən korrupsiyanın “razmer”ini  digər dövlət qurumları ilə müqayisə edərək, anlatmağa çalışımışıq ki, bu qurum  100 milyonları deyil, milyardları  mənimsəyir. 
ASC-nin  tabeçiliyində olan qurumların, idarələrin  siyahısına  baxanda  adamı dəhşət bürüyür. 
Bu yazıda  ASC-nin tabeçiliyində olan  su idarələrindən birində baş verən qanunsuzluqlardan bəhs edəcəyik. 
Öncə onu qeyd edək ki, ASC-nin tabeçiliyində aşağıdakı  Su idarələri var: 
Abşeron suvarma sistemləri idarəsi
Ağdaş suvarma sistemləri idarəsi
Ağcabədi suvarma sistemləri idarəsi
Ağstafa suvarma sistemləri idarəsi
Ağsu suvarma sistemləri idarəsi
Astara suvarma sistemləri idarəsi
Balakən suvarma sistemləri idarəsi
Beyləqan suvarma sistemləri idarəsi
Bərdə suvarma sistemləri idarəsi
Biləsuvar suvarma sistemləri idarəsi
Cəbrayıl suvarma sistemləri idarəsi
Cəlilabad suvarma sistemləri idarəsi
Şabran suvarma sistemləri idarəsi
Füzuli suvarma sistemləri idarəsi
Goranboy suvarma sistemləri idarəsi
Göyçay suvarma sistemləri idarəsi
Göygöl suvarma sistemləri idarəsi
Hacıqabul suvarma sistemləri idarəsi
Xaçmaz suvarma sistemləri idarəsi
Xızı suvarma sistemləri idarəsi
Xocavənd suvarma sistemləri idarəsi
İmişli suvarma sistemləri idarəsi
İsmayıllı suvarma sistemləri idarəsi
Kəlbəcər suvarma sistemləri idarəsi
Kürdəmir suvarma sistemləri idarəsi
Qax suvarma sistemləri idarəsi
Qazax suvarma sistemləri idarəsi
Qəbələ suvarma sistemləri idarəsi
Quba suvarma sistemləri idarəsi
Qubadlı suvarma sistemləri idarəsi
Qusar suvarma sistemləri idarəsi
Laçın suvarma sistemləri idarəsi
Neftçala suvarma sistemləri idarəsi
Oğuz suvarma sistemləri idarəsi
Saatlı suvarma sistemləri idarəsi
Sabirabad suvarma sistemləri idarəsi
Salyan suvarma sistemləri idarəsi
Samux suvarma sistemləri idarəsi
Siyəzən suvarma sistemləri idarəsi
Şamaxı suvarma sistemləri idarəsi
Şəki suvarma sistemləri idarəsi
Şəmkir suvarma sistemləri idarəsi
Tərtər suvarma sistemləri idarəsi
Tovuz suvarma sistemləri idarəsi
Ucar suvarma sistemləri idarəsi
Yevlax suvarma sistemləri idarəsi
Zaqatala suvarma sistemləri idarəsi
Zəngilan suvarma sistemləri idarəsi
Zərdab suvarma sistemləri idarəsi
Bu idarələr ASC-nin tabeçiliyində olan  qurumların heç  15 faizi deyil ee...ASC-nin tabeçiliyində elə müəssisələr, idarələr var ki...hamısı da sanki korrupsiya mənbəyidir. 
Bəli,  yuxarıda  siyahısını gördüyünüz  Su idarələrindən biri də  Şəkidə fəaliyyət göstərən Şəki Suvarma Sistemləri İdarəsidir. 
İdarənin rəisi Sabir Əhmədovdur. 
Bu adam idarəyə məxsus  texnikanı  və avadanlıqları   “yağlamaq”  üçün sürtkü yağlarının alınması  üçün 10-a yaxşın şirkəti tenderə cəlb edir və axırda özünə sərf edən şirkətləri  qalib edir. Və “otkat” alaraq  dövlətin ayrdığı vəsaiti  həmin şirkətlərə verir. Özü 100 minlər qazanır. 
Sabir Əhmədov idarədə aparılacaq CARİ TƏMİR adı altında maxinasiyalar  edərək, yenə dövlətin pullarını mənimsəyir. 
Bu adam idarənin balansında olan ekslvatorları  müxtəlif şirkətlərə  icarəyə verib  külli miqdarda pul qazanır. 
Sabir Əhmədov  idarədə xeyli miqdarda “ölü canlar” saxlayır, onlara maaş kartı verir....amma  maaşların çoxunu  özü mənimsəyir. 
Sabir Əhmədov əvvəllər Artezian idarəsinin rəisi işlədiyi üçün ASC-də  baş verən maxinasiyaları əla bilir. 
Və  heç bir təhsili olmayan xanımı kadr şöbəsinə müdir təyin etməklə, “ölü canlar”ın kartlarını ona tapşırıb. 
Bütün ASC  işçiləri  bilir ki, Sabir Əhmədovun “dayısı” ASC-nin sədr müavini  Rafiq Aslanovdur. 
Sabir  Əhmədov hər yerdə deyir ki, ASC-nin yeni sədri Zaur Mikayılov kimdir ki, mənə toxuna bilsin, mənim Rafiq Aslanov kimi arxam var. Yəni bu adam öz sədrini də saymır...
Təkcə bir faktı qeyd edək ki,  Sabir Əhmədov  bir ədəd  texnikanı  sahibkara bir ayda  3000 manata  icarəyə verib. Bu puldan dövlət büdcəsinə heç bir manat da daxil olmur. Hamısı  Sabir Əhmədovun və onun “krışası”  Rafiq Aslanovun cibinə gedir. 
“Ölü canlar”  Sabir Əhmədovdan maaş tələb edəndə deyir ki, utanmırsınız,  sizə müftə əmək stajı yazıram, hələ məndən maaş da istəyirsiniz...
Bəli, bu haram pulların hesabına  Sabir Əhmədovun  həyat yoldaşı və övladları ən bahalı  istirahət mərkəzlərində dincəlirlər. 
Sabir Əhmədov  suyu fermerlərə özü istədiyi qiymətə satır. 
Sonda onu da qeyd edək ki, Şəki ərazisi  həmişə sel və daşqınlarla müşahidə olunub. 
Yəni Sabir Əhmədov dövlətin ayırdığı milyonları mənimsədiyi üçün  kanallar təmizlənmir, lillə dolur  və yağışlar yağanda, yaxud çaylar daşanda  ətraf əraziləri  sel basır. Və  kəndlilərin, fermerlərin təsərrüfatına külli miqdarda  ziyan dəyir. 
Görəsən,  bizim gördüyümüz bu adi həqiqətləri ASC-nin sədri Zaur Mikayılov görmür..? 
Bəs sən nəyi görürsən, Zaur Mikayılov..?
Prezident səni o boyda vəzifəyə nə üçün təyin edib..? 
Yazıda müxtəlif saytların materiallarından da istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər