"İrşad Telekom"da müştərini İNCİDİRLƏR... - MÜRACİƏT
10-06-2022, 11:44
1 843

"İrşad Telekom"da müştərini İNCİDİRLƏR... - MÜRACİƏT

"Şikayətim "İrşad Telecom"dandı. Telefonum bir aydan çoxdur zəmanət çərçivəsində təmirdədi. Telefonum barəsində heç bir məlumat vermirlər..." DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Leyla Həsənova adlı istifadəçi qeyd edir.


Daha sonra narazı vətəndaş yazır: "Bu azmış kimi mənə ehtiyyat telefon təqdim etmirlər. Call centerdə bu gun Sabina adlı xanim mənə qeyd edir ki, şikayətim əsassızdı. 10 daqiqalik danışıqda başa sala bilmədim ki, şikayətimin əsaslı və ya əsassız olması operatorun qəbul edəcəyi qərar deyil. Nə texniki təmir şöbəsi nə baş ofis məsələnin həlli üçün heç bir iş görmürlər. Danışdığım əməkdaşlar müştəri ilə danışığın necə aparılması barədə yaxından uzaqdan elaqələri yoxdu. Bu sadəcə olaraq biabırçılıqdı!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...




DİQQƏT: Materialdan istifadə edərkən DİA.AZ-a istinad ZƏRURİDİR... Əks halda ölkənin qanunlarına hörmətsizlik etmiş olursunuz, BİZƏ YOX...

Oxşar xəbərlər