Yanvar-apreldə 1144 əkiz, 60 üçəm doğulub
17-06-2022, 23:41
9 397

Yanvar-apreldə 1144 əkiz, 60 üçəm doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 40036 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (12,1) qalıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,2 faiz, qızların xüsusi çəkisi isə 46,8 faiz, olmuşdur. Körpələrdən 1144-ü əkiz, 60-ı isə üçəm doğulanlardır.

Oxşar xəbərlər