1 iyuldan əlilliyinin qiymətləndirilməsi belə həyata keçiriləcək - Siyahı
29-06-2022, 13:06
1 870

1 iyuldan əlilliyinin qiymətləndirilməsi belə həyata keçiriləcək - Siyahı

İyulun 1-dən Azərbaycanda yeni “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, həmin vaxtdan əlilliyinin qiymətləndirilməsi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma faizlərinin müəyyən olunması əsasında həyata keçiriləcək.
Sözügedən kateqoriyalar aşağıdakılardır:

- özünəqulluq
- sərbəst hərəkətetmə
- istiqamətseçmə
- ünsiyyət
- davranışına nəzarətetmə
- öyrənmə
- əmək fəaliyyəti
Qeyd olunur ki, 15 yaşına çatmamış uşaqlar əmək fəaliyyətinə cəlb edilmədiyi üçün onlarda əmək fəaliyyəti bacarığı qiymətləndirilməyəcək.

Oxşar xəbərlər