Qızıl bahalaşıb
28-07-2022, 23:01
8 855

Qızıl bahalaşıb

Qızılın qiyməti əhəmiyyətli dərəcədə yüksəlib. Bu, əsasən ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasından sonra dolların zəifləməsi ilə əlaqədardır.

Bunu birjaların məlumatları göstərir.

Nyu-Yorkun "Comex” birjasında qızılın avqust fyuçersləri 1,04% və ya 17,8 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 736,35 dollar təşkil edib.

Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 3,26% artaraq 1 unsiya üçün 19,207 dollara satılıb.

Xatırladaq ki, FES uçot dərəcəsini yenidən 75 baza bəndi - illik 2,25-2,5% qaldırıb. Bu qərar dolların digər əsas valyutalara nisbətən ucuzlaşmasına səbəb olub. ABŞ milli valyutasının zəifləməsi isə qızılın bahalaşmasına təsir göstərib.

Oxşar xəbərlər