"Şəhid ailələri və qazilərə qayğı ən yüksək səviyyədədir" - Deputat
3-08-2022, 12:04
1 793

"Şəhid ailələri və qazilərə qayğı ən yüksək səviyyədədir" - Deputat

Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində vətəndaşın sosial rifahı, təhlükəsizliyi prioritet məsələsidir. Təsadüfi deyil ki, hər il dövlət büdcəsi təsdiqlənərkən sosial xərclər demək olar, büdcənin yarısına bərabər olur. Məsələn, 2020-ci ilin büdcəsində sosial xərclər 46 faizdən yüksəkdir. Sosial siyasətin içərisində xüsusi həssas qrup var, onlara diqqət və qayğı ən yüksək səviyyədədir. Bunlar şəhid ailələri, müharibə əlilləridir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, vətən müharibəsi şəhidlərinə, qazilərinə, müharibə iştirakçılarına ən yüksək səviyyədə dövlət qayğısı var:
“Artıq 13 minə yaxın şəhid ailəsi və qazi mənzillərlə, 7 min 400-dən artıq qazi avtomobillə təmin edilib. Sosial şəbəkələrdə, bəzi mətbuat orqanlarında Birinci Qarabağ müharibəsi əlilləri ilə İkinci Qarabağ müharibəsi əlilləri arasında fərq qoyulması barədə dezinformasiyalar yayılır. Bu, kökündən yanlış yanaşmadır, reallığın təhrif edilməsidir”.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq addımı ilə 1997-ci ilədək hərbi xidmətdə yararlanan şəxslərə dövlət tərəfindən diqqət və qayğı öz ifadəsini tapdı: “Birinci Qarabağ müharibəsi əlillərinin ödənişlərinin tam şəkildə həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu bütün lazımı addımları atmaqdadır. Baxmayaraq ki, müasir dünyamız çox qəlizdir, analitik mərkəzlər belə həyəcan təbili çalır ki, qarşıda dünyanı iqtisadi böhran gözləyir, buna baxmayaraq İlham Əliyev yenə də vətəndaşının sosial ehtiyaclarının ödənilməsi ilə bağlı ən yüksək səviyyədə siyasəti həyata keçirir. Bu gün dünyadakı iqtisadi çətinliklərə baxmayaraq Azərbaycan dövləti vətəndaşının yanındadır”.

Oxşar xəbərlər