Deputatın şirkəti vətəndaşın NƏFƏSİNİ KƏSDİ - NARAZILIQ VAR!
12-08-2022, 11:11
1 891

Deputatın şirkəti vətəndaşın NƏFƏSİNİ KƏSDİ - NARAZILIQ VAR!

""Kontakt Home", mənim soyuducumu qaytarın!" DİA.AZ bildirir ki, bu çağırışda "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rahid Zeynalov adlı istifadəçi bulunub.


Daha sonra narazı vətəndaş yazır: "İyun ayının 12-si soyuducu aldım, iyul ayının 17si xarab oldu. Zəng edib məlumat verməyimə baxmayaraq servisi nəhayətində iyul ayının 20si göndərə bildilər. O gündən bu günə gah sxeması dəyişdirilməlidir dedilər, gah matoru dəyişdirilməlidir dedilər. Nəhayət bu gün bütün bu avadanlıqlar ilə servisdən gəldilər, bir az qurdalanıb dedilər ki servisə getməlidir soyuducu və 1 həftə zad da orda qalacaq.
Hörmətli Kontakt Home Allahdan sizə yay vaxtı soyuducusuz qalmağı arzu edirəm.
P.S: *6060 ilə bu gün də danışdım bildirdim ki sabah da soyuducu düzəlməsə, məhkəməyə müraciət edəcəm... Burdan da demiş olum..."

Oxşar xəbərlər