Dörd dəfə peyvənd olunan dərman firmasının direktoru COVID-ə yoluxdu
15-08-2022, 18:46
7 604

Dörd dəfə peyvənd olunan dərman firmasının direktoru COVID-ə yoluxdu

Amerikanın Pfizer əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla, COVID-ə yoluxub.
O, bu barədə özünün Twitter hesabında məlumat verib.
"Sizə məlumat vermək istərdim ki, koronavirus üçün testim müsbət çıxmışdı. Dörd doza Pfizer-BioNTech peyvəndi aldığıma görə minnətdaram, özümü yaxşı hiss edirəm, çox yüngül simptomlar var. Özümü təcrid edirəm və Paxlovid qəbul etməyə başladım. ", - qeyd edib. 
ABŞ prezidenti Co Bayden daha əvvəl eyni dərmanla müalicə olunub.
Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından bəri ABŞ-da 92 milyondan çox koronavirus infeksiyası və bir milyondan çox ölüm halı aşkar edilib. 

Oxşar xəbərlər