Bu sahə də ƏDV-dən azad edildi
19-08-2022, 18:08
115 227

Bu sahə də ƏDV-dən azad edildi

Əlavə dəyər vergisi ödəməkdən (ƏDV) azad edilənlərin əhatə dairəsi genişləndirilib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, özəl baytarlıq xidmətlərinin göstərilməsi əlavə dəyər vergisindən azad edilib.
Eyni zamanda, qanuna əsasən, Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi 20 manat məbləğində müəyyən edilib.

Oxşar xəbərlər