ATƏT-in amerikalı həmsədri Azərbaycana səfər edəcək
7-09-2022, 11:26
2 178

ATƏT-in amerikalı həmsədri Azərbaycana səfər edəcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Filip Riker bu həftə Ermənistana səfər edəcək. 
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel məlumat verib. O bildirib ki, gözlənilən səfər Rikerin yeni vəzifəsində regiona ilk səfəri olacaq. 
Bildirilib ki, onun ard-arda Qafqazın hər üç respublikasında - Ermənistan, Gürcüstan və Azərbaycanda dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulub. 
Patel həmçinin qeyd edib ki, Rikerin Qafqaza səfərlərinin müntəzəm olacağı gözlənilir.

Oxşar xəbərlər