Şarl Mişel erməni hərbçilərin təhvil verilməsinə münasibət bildirdi
9-09-2022, 10:12
1 517

Şarl Mişel erməni hərbçilərin təhvil verilməsinə münasibət bildirdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin 5 erməni hərbçisini qarşı tərəfə təhvil verməsini təqdir edib.
Aİ Şurasının Prezidenti bu barədə "Twitter"də bildirib.
"Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni saxlanılanının Bakı tərəfindən azad edilməsi alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib - bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir.
Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir",- Mişel vurğulayıb.

Oxşar xəbərlər