"Növbəti biabırçı hərbi məğlubiyyətin ardınca Ermənistan dərs alacaq" ... Elman Nəsirov- ÖZƏL
13-09-2022, 12:10
2 343

"Növbəti biabırçı hərbi məğlubiyyətin ardınca Ermənistan dərs alacaq" ... Elman Nəsirov- ÖZƏL

"Anlayacaq ki, mütləq sülh müqaviləsini imzalamaq lazımdır"
"Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində növbəti dəfə irimiqyaslı hərbi təxribata əl atıb. Bunun ardınca proseslər tamamilə fərqli istiqamətdə cərəyan edib və Azərbaycan Silahlı Qüvvələri "Qisas-2" əməliyyatına başlaylblar. Belə bir vəziyyətdə haqlı olaraq ortaya sual çıxır ki, bu hadisə Ermənistan üçün nə üçün lazım idi?. Çünki Ermənistanın baş naziri bir tərəfdən həm Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiklərini deyir, həm də bir qədər də irəli gedərək noyabr ayının ortalarında sülh müqaviləsinin ilkin variantının hazır olacağını bildirir, digər tərəfdən isə Qarabağdakı erməni əhalinin statusu məsələsini gündəmə gətirir və həmin statusun müəyyən edilməsi üçün yenidən olmayan, fəaliyyətsiz ATƏT-in Minsk qrupunu dirçəltmək istəyirlər. Beləcə bir-birinə daban-dabana zidd siyasi davranış ortaya qoyulur və siyasi manipulyasiya ilə məşğul olur. İndiki halda da Ermənistanın irimiqyaslı hərbi təxribata əl atmasının əsas səbəbi onunla bağlıdır ki, bu ölkə faktiki olaraq sülh müqaviləsindən yayınmaq istəyir".
Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Elman Nəsirov Ermənistanın dövlət sərhədində həyata keçirdiyi son təxribata münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Ermənistan ay ərzində Azərbaycanla sərhəddə atəşkəs rejimini intensiv şəkildə pozmaqla məşğul olub: "İndi də irimiqyaslı hərbi təxribatı həyata keçirməklə beynəlxalq ictimai fikrə o mövqeyi çatdırmaq istəyir ki, münaqişə bitməyib, hələ həllini gözləyən məsələlər var. Bu sırada da status və ATƏT-in Minsk qrupuna yenidən can vermək, onu dirçəltmək məsələləri qabardılır. Ancaq bütün hu cəhdlər mənasızdır və heç bir perspektivi yoxdur".
Millət vəkili deyib ki, Azərbaycanın Silahlı Qüvvələri, Yenilməz Ordusu və Müzəffər Ali Baş Komandanı olan Prezident İlham Əliyevin rəhbərliyi altında düşmənə  növbəti sarsıdıcı zərbələr endirməkdədir: "Bunu "Qisas-2" əməliyyatı da adlandırmaq olar. Yəqin ki, növbəti biabırçı hərbi məğlubiyyətin ardınca Ermənistan tərəfinin sülhə gəlməklə bağlı heç bir alternativ variantı olmayacaq və dərs alacaq ki, mütləq sülh müqaviləsini imzalamaq lazımdır. Əks təqdirdə bu kimi hərbi təxribatlara veriıən kəsərli cavablar Ermənistanın bütün varlığını sual altında qoya bilər".

Oxşar xəbərlər