Apteklərdə qanunsuz satılan dərmanlar müsadirə edilib
13-09-2022, 17:58
7 161

Apteklərdə qanunsuz satılan dərmanlar müsadirə edilib

Ötən ay apteklərdə aparılan planlı yoxlamaların nəticələri açıqlanıb.

Analitik Ekspertiza Mərkəzindən 7News.Az-a verilən xəbərə görə, 1-31 avqustu əhatə edən yoxlamalarda 52 aptek monitorinq olunub.

Nəticədə 6 adda, 19 qutu dərman vasitəsi müsadirə edilib. İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3 maddələrinə əsasən 8 protokol tərtib edilib.
 

 


Oxşar xəbərlər