Cəmiyyət
14-09-2022, 14:18
8 042
Sabah şagirdlər məktəbə hansı formada gedəcək?
Son günlər yeni dərs ilinə hazırlaşan və məktəbə gedəcək övladlarına hələ də forma ala bilməyən valideynlər Bakı Tikiş Evinin (BTE) satış mağazasında izdiham yaradırlar. Valideynlər forma tapmaqda çətinlik yaşadıqlarını deyirlər. İzdihama əsas səbəb olaraq da məktəb direktorlarının valideynlərdən məktəbli forması tələb etməsi qeyd edilir.
Trend xəbər verir ki, "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bir tikiş fabrikinin Bakıdakı bütün şagirdlər üçün məktəbli forması istehsal edə bilməsinin qeyri-mümkün olduğunu bildirib.
"Biz özəl müəssisəyik. Əsas işimiz hərbi paltarların tikilməsidir. Ona görə də biz bütün işimizi atıb, yalnız məktəbli forması istehsal edə bilmərik. Bu barədə heç bir məsuliyyətimiz yoxdur. Nə Elm və Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bizə tapşırıq verib, müqavilə bağlamayıb", - deyə Əzimov əlavə edib.
Elm və Təhsil Nazirliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur.
"Şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Elm və Təhsil Nazirliyinin 146-6, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin isə 146-1 "Çağrı Mərkəzi" ilə əlaqə yarada bilərlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə (BŞTİ) qeyd edilib ki, məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir:
"Yeni dərs ili üçün valideynlər yalnız könüllülük əsasında övladlarına yeni məktəbli formaları ala bilərlər. Yeni məktəbli forması almayan şagirdlər isə məktəbə əvvəlki məktəbli geyimində və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər".