Narkomaniya, spirtli içkilərə aludəçiliyin gənclərimiz arasında yayılması çox təhlükəli tendensiyadır - ÖZƏL
23-09-2022, 17:42
7 086

Narkomaniya, spirtli içkilərə aludəçiliyin gənclərimiz arasında yayılması çox təhlükəli tendensiyadır - ÖZƏL

"Bu gün narkomaniya, spirtli içkilərə aludəçiliyin gənclərimiz arasında yayılması çox təhlükəli tendensiyadır.  Üzümü gənclərə tutub söyləyirəm ki, ilk növbədə özünüzü, ailənizi, yaxınlarınızı düşünün. Sizin neqativ vərdişlərə malik olmağınız, narkotik aludəçiliyinə çevrilməyiniz, əyyaşlığa meyilliliyiniz təkcə öz həyatınız deyil, yaxınlarınız, övladlarınızın belə həyatını məhv edir. Bundan uzaq olun". Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov səsləndirib. Millət vəkili bildirib ki,  bu kimi neqativ vərdişlərdən uzaq olmağın ən gözəl yolu isə idmanla məşğul olmaqdır: "İdmanla məşğul olan insanlar hesab edirəm ki, qətiyyən həmin neqativ vərdişlər barədə düşünmür. Çünki idman və narkomaniya, idman və əyyaşlıq bir-birinin düşmənidir".

Oxşar xəbərlər