“Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm” — Manaf Ağayev
23-11-2022, 23:33
8 598

“Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm” — Manaf Ağayev

Müğənni Manaf Ağayev aşıq Zülfiyyə İbadovanın avtomobil idarə etməsini pisləyib. 

Bu haqda sənətçi "Günün sədası” verilişində danışıb. 

O bildirib ki, Zülfiyyə maşını yüksək sürətlə sürür:

"Avtomobillə oynamaq olmaz. Rayona gedendə sürücü radarın olmadığını bilib, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edəndə deyirəm, sürəti azalt. Ümumiyyətlə, sürətlə avtomobil idarə edənləri sevmirəm. Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm. Zülfiyyə xanım avtomobili yüksək sürətlə - 200 sürətlə sürürdü. Onda da biz toya gecikmişdik. Avtomibil "mən ölüm, sən ölüm”ə baxmır. Bir saniyə içində hər şey olur. Nəqliyyat vasitəsini bir az aşağı sürətlə sürmək lazımdır. O gedişlə bu gedişin arasında 10 dəqiqə vaxt var”./axsam.az

Oxşar xəbərlər