Bu həkimlərin maaşlarına əlavələrin müddəti uzadıldı - RƏSMİ
3-12-2022, 12:00
9 215

Bu həkimlərin maaşlarına əlavələrin müddəti uzadıldı - RƏSMİ

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2023-ci il yanvarın 1-dək veriləcək.
Əvvəl bu müddət 2022-ci il noyabrın 1-dək müəyyən edilmişdi.

Oxşar xəbərlər