Həmrəylik Günü və Yeni il münasibətilə Milli Parkda atəşfəşanlıq olacaq
21-12-2022, 18:40
6 532

Həmrəylik Günü və Yeni il münasibətilə Milli Parkda atəşfəşanlıq olacaq

Bakıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı atəşfəşanlıq təşkil olunacaq.
Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Ayaz İmaməliyev bildirib.
Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dekabrın 31-də Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək.

Oxşar xəbərlər