Cəmiyyət
29-12-2022, 16:40
801
Bakıda bu məşhur dairəyə işıqfor qoyuldu
Bakıda daha bir əraziyə işıqfor quraşdırılıb.
Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın "Neftçilər" metrostansiyası yaxınlığındakı "Dakar" dairəsinə də işıqforlar qoyulub.
Cihazlar dairənin bütün girişlərində təşkil olunub.
BNA-dan Lent.az-a verilən xəbərə görə, işıqforların fəaliyyətə başlaması üçün kommunikasiya xətləri çəkilməlidir. Həmin işlərin də qarşıdan gələn bayram günlərində baş tutacağı gözlənilir. Bundan əlavə, sözügedən dairədən başqa digər yerlərdə işıqforların quraşdırıldığı bildirilir.
Qeyd edək ki, "Dakar" dairəsi paytaxtın intensiv hərəkət və sıxlıq olan ərazilərindən biridir.