Döyüşdürmək qadağan olsa da, maşın qiymətinə xoruzlar satılır - AÇIQLAMA
5-01-2023, 17:26
6 486

Döyüşdürmək qadağan olsa da, maşın qiymətinə xoruzlar satılır - AÇIQLAMA

Son zamanlar sosial şəbəkələrdə döyüş xoruzları satışa çıxarılır. 
Paylaşılan elanlarda xoruzların qiyməti 3-25 min manat arasında dəyişir. Ölkəmizdə xoruz döyüşləri qadağan olsa da, bu cür elanlar durmadan artır. “Heyratı” adlanan xoruz növü döyüşlərdə istifadə olunur.
Bu cür elanların yayılması gizli heyvan döyüşlərinin (xoruz, it) keçirilməsindən xəbər verir.
Xoruz döyüşləri xüsusi meydanlarda keçirilir. Döyüş ərəfəsində xoruzların çəkisi, yaşı və boyu müqayisə olunur ki, rəqib cütlükləri seçə bilsinlər. Döyüşdən əvvəl xoruzun ayaqları və bədəni masaj edilir. Döyüş iyirmi dəqiqədən iki saata qədər davam edə bilər.
Huşsuz halda yerə sərilən və ya meydandan qaçan xoruz məğlub elan edilir. Digəri isə müvafiq olaraq qələbə qazanmış olur. Əgər xoruzlardan heç biri iki saat ərzində məğlub olmayıbsa, heç-heçə elan edilir.

Oxşar xəbərlər