Zəlzələdə həlak olan Hümam dəfn edildi
16-02-2023, 13:33
1 561

Zəlzələdə həlak olan Hümam dəfn edildi

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərində vida mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, qohumları, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak ediblər.
Vida mərasimindən sonra mərhum tələbə Sumqayıt qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışda n sonra fevralın 14-ü tarixində tapılıb.
  • Zəlzələdə həlak olan Hümam dəfn edildi - FOTOLAR
  • Zəlzələdə həlak olan Hümam dəfn edildi - FOTOLAR

Oxşar xəbərlər