Xilasedicilərimizin 238 nəfəri Türkiyədən vətənə qayıdıb
1-03-2023, 14:15
685

Xilasedicilərimizin 238 nəfəri Türkiyədən vətənə qayıdıb

Kahramanmaraşda baş verən zəlzələdən sonra Türkiyəyə yardıma gedən Azərbaycan xilasetmə dəstəsinin 760 nəfərindən 238-i bu gün vətənə qayıdıb. 
Xilasetmə qrupumuz Türkiyədən təntənə ilə yola salınıb. 
Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, ilk gündən qardaş ölkəyə gələn xilasedicilər 24 saatlıq iş qrafikində çalışıb: "Bu zəlzələ təkcə Türkiyədə deyil, Azərbaycanda da baş verib. Gələn ilk komanda Azərbaycan komandasıdır, son gedən komanda da biz olacağıq. Axtarış-xilasetmə işləri çərçivəsində qruplarımız 17-si uşaq olmaqla 53 nəfəri sağ çıxarıb, 174-ü uşaq olmaqla 755 nəfərin meyiti tapılıb. Bundan başqa, Kahramanmaraşda iki səhra xəstəxanamız var. Orada 2 mindən çox insan yardım göstərilib. Hazırda 114 nəfərlik komandamız Hatayda işləyir". 
Məlumata görə, indiyə qədər xilasetmə qruplarımız zəlzələdən zərərçəkənlər üçün Kahramanmaraşda 830 çadır qurub. 
  • Xilasedicilərimizin 238 nəfəri Türkiyədən vətənə qayıdıb (FOTO)
  • Xilasedicilərimizin 238 nəfəri Türkiyədən vətənə qayıdıb (FOTO)

Oxşar xəbərlər