Zaqatalada rüşvət alan məmura cinayət işi AÇILDI
2-03-2023, 12:55
901

Zaqatalada rüşvət alan məmura cinayət işi AÇILDI

Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri  barədə rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.

Oxşar xəbərlər