İlham Əliyev ABŞ-ın Cənubi Qafqaz üzrə yeni baş müşavirini qəbul edəcək
6-03-2023, 11:54
8 211

İlham Əliyev ABŞ-ın Cənubi Qafqaz üzrə yeni baş müşavirini qəbul edəcək

ABŞ dövlət katibinin Cənubi Qafqazda danışıqlar üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Luis Bono Bakıya gəlib. 
ABŞ-dan olan diplomatın regiona ilk rəsmi səfəri Azərbaycandan başlayıb.
Azərbaycan prezidenti İlham Əliyevin Bononu qəbul edəcəyi açıqlanıb. Onun digər rəsmi şəxslərlə görüşəcəyi də planlaşdırılır.
Diplomat bundan sonra Ermənistan və Gürcüstana gedəcək. 
"Cənab Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini inkişaf etdirmək üçün Bakıdadır", - məlumatda deyilir. 

Oxşar xəbərlər