Azərbaycanda sabiq deputat vəfat etdi
29-03-2023, 15:35
1 035

Azərbaycanda sabiq deputat vəfat etdi

Sabiq millət vəkili Ərəstun Cavadov vəfat edib.
Eks-deputat bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib. Mərhum Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Ə.Cavadov 74 yaşlı 2005-2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə Ağsu-İsmayıllı seçki dairəsi üzrə millət vəkili seçilib.1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olub. 2005-ci ildən bu günə qədər isə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri işləyib.

Oxşar xəbərlər