Daha bir yolda sürət həddi endirildi
4-04-2023, 18:36
6 132

Daha bir yolda sürət həddi endirildi

Daha bir yolda sürət həddi endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
“Sabunçu, Balaxanı, Zabrat və Kürdəxanı qəsəbələrinin ərazisindən keçən Zabrat-Kürdəxanı yolunda müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60 km/saatdan 50 km/saat-a endirilib.
Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik”, - rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, Bakının əsas prospektlərində nəqliyyatın hərəkət sürəti endirilməsi ilə bağlı qərar qəbul olunub. Qərarın icrası mərhələli şəkildə icra olunur.
Xatırladaq ki, paytaxtın əsas küçə və prospektlərində yeni sürət həddləri aşağıdakı formada müəyyən edilib:
  • Daha bir yolda sürət həddi endirildi - FOTO

Oxşar xəbərlər