22 partiya maliyyə hesabatını təqdim etməyib
5-04-2023, 14:34
1 059

22 partiya maliyyə hesabatını təqdim etməyib

İndiyə qədər dövlət qeydiyyatına alınmış 59 siyasi partiyadan 37-si 2022-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
Təqdim edilən maliyyə hesabatları MSK-nın rəsmi saytında yerləşdirilib.
Beləliklə, 22 partiya illik maliyyə hesabatını təqdim etməyib.
Keçən il üzrə maliyyə hesabatını təqdim etməyən siyasi partiyalar aşağıdakılardır:
1. Milli Demokrat-İdrak Partiyası (MDİP)
2. Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP)
3. Müstəqil Azərbaycan Partiyası (MAP)
4. Azərbaycan Kommunist Partiyası (AKP)
5. Azərbaycan Milli Dövlətçilik Partiyası (AzMDP)
6. Azərbaycan Vətənpərvərlər Partiyası (AzVP)
7. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
8. Azərbaycan Liberal Partiyası (ALP)
9. Azərbaycan Vahid Kommunist Partiyası (AzVKP)
10. Sosial Ədalət Partiyası (SƏP)
11. Milli Konqres Partiyası
12. Azərbaycan Respublikaçılar Partiyası (ARP)
13. ”Azərbaycan Mübarizləri” Partiyası (AMP)
14. Azərbaycan Azad Respublikaçılar Partiyası (AARP)
15. Azadlıq Partiyası
16. Azərbaycan Tərəqqi Partiyası
17. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)
18. Aydınlar Partiyası
19. Azad Demokratlar Partiyası (AzDP)
20. Gələcək Azərbaycan Partiyası (GAP)
21. Haqq Ədalət Partiyası (HƏP)
22. Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)
Maliyyə hesabatını təqdim edən partiyalar isə aşağıdakılardır:
1. Yeni Azərbaycan Partiyası
2. Müstəqil Xalq Partiyası
3. Azərbaycan Təkamül Partiyası
4. “Milli Vəhdət” Partiyası
5. Vətəndaş Həmrəyliyi Partiyası
6. Demokratik İslahatlar Partiyası
7. Azərbaycan Demokratik Maarifçilik Partiyası
8. Böyük Quruluş Partiyası
9. Cümhuriyyət Xalq Partiyası
10. Klassik Xalq Cəbhəsi Partiyası
11. “Ana Vətən” Partiyası
12. Azərbaycan Liberal Demokrat Partiyası
13. Azərbaycan Xalq Partiyası
14. “Qorqud” Partiyası
15. Ədalət Partiyası
16. Müsavat Partiyası
17. Milli Cəbhə Partiyası
18. Vətəndaş və İnkişaf Partiyası
19. "Yeni Yol" Partiyası
20. Milli Dirçəliş Hərəkatı Partiyası
21. Yeni Zaman Partiyası
22. Müasir Musavat Partiyası
23. Milli Həmrəylik Partiyası
24. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
25. Azərbaycan Milli İstiqlal Partiyası
26. “Birlik” Partiyası
27. Azərbaycan Demokrat Partiyası
28. Azərbaycan Ümid Partiyası
29. Ağ Partiyası
30. Azad Vətən Partiyası
31. Vəhdət Partiyası
32. Böyük Azərbaycan Partiyası
33. Azərbaycan Sosial Demokrat Partiyası
34. Azərbaycan Sosial Rifah Partiyası
35. Respublikaçı Alternativ (REAL) Partiyası
36. Azərbaycan Xalq Cəbhəsi Partiyası
37. Vətəndaş Birliyi Partiyası
Qeyd ki, siyasi partiyaların Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-i başa çatıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. MSK siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydasına görə, nəzərdə tutulmuş müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verəcək.

Oxşar xəbərlər