İyun ayında neçə gün iş olmayacaq?
12-05-2023, 18:55
7 044

İyun ayında neçə gün iş olmayacaq?

İyun ayında 12 gün iş olmayacaq.
Qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib.
Belə ki, gələn ay ölkədə 15 iyun - Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də cümə axşamı günü iş olmayacaq.
Bundan əlavə 26 İyun - Silahlı Qüvvələr Günü, gələn ayın 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib. Həmin günlər bayram olduğu üçün qeyri-iş günü hesab edilir.
Beləliklə iyunda şənbə və bazar günləri də daxil olmaqla 12 gün qeyri-iş günü olacaq.

Oxşar xəbərlər