İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti
9-06-2023, 17:01
6 866

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti

İstirahət günlərində (mayın 10-11-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 
Samur–Yalama milli parkı
İstirahət günlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 11-də gündüz şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 12-16 °isti, gündüz 23-26° isti olacaq.
Altıağac milli parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin 11-də gündüz qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.
Ağgöl milli parkı
Əsasən yağmursuz keçəcəyi, lakin 11-də gündüz arabir yağış yağacağı gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 22-27° isti olacaq.
Qızılağac milli parkı
Hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gündüz arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq.
Göygöl milli parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin 10-da axşam, 11-də arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12° isti , gündüz 15-20° isti olacaq.
Şirvan milli parkı
Havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gecə və axşam arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21 ° isti, gündüz 25-30° isti olacaq.
Hirkan milli parkı
Hava şəraiti əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gündüz arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-29° isti olacaq.

Oxşar xəbərlər