Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
19-06-2023, 14:00
7 503

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

İyunun 20-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.
 

Oxşar xəbərlər