COVID-19-la bağlı tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadıldı
2-08-2023, 10:21
853

COVID-19-la bağlı tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti oktyabrın 2-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl bu müddət iyulun 1-dək idi.

Oxşar xəbərlər