DYP sürücülərə müraciət etdi
27-10-2023, 11:20
26 908

DYP sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən verilən xəbərə görə, müraciətdə bildirilib ki, son vaxtlar qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə meyl etmələri səbəbindən baş verir.
DYP-nin müraciətində qeyd edilib ki, sükan arxasında ani bir diqqətsizlik isə sürücünü mənzil başına yox, özünün və doğmalarının arzulamadığı ünvana apara bilər.

Oxşar xəbərlər