Gəncədə yaşayış binasının zirzəmisində tüstülənmə olub, sakinlər təxliyə edilib
1-11-2023, 18:38
7 028

Gəncədə yaşayış binasının zirzəmisində tüstülənmə olub, sakinlər təxliyə edilib

Gəncədə beşmərtəbəli yaşayış binasında tüstülənmə olub.

Hadisə 3-cü mikrorayon ərazisində yerləşən binalardan birində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Zirzəmidə baş vermiş tüstülənmə səbəbindən sakinlər təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər