Bakıda avtomobilin vurduğu azyaşlı ağır xəsarət alıb
3-11-2023, 10:05
1 576

Bakıda avtomobilin vurduğu azyaşlı ağır xəsarət alıb

Bakının Nizami rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 2018-ci il təvəllüdlü Nazpəri Pərvin qızı Seyidovanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxşar xəbərlər