Cəmiyyət
21-11-2023, 16:45
7 388
Hepatit A virusu Yevlaxda da AŞKARLANDI
Yevlax rayonunda Hepatit virusu aşkarlanıb.
Rayonda Hepatit A virusu ilə bağlı ilk müraciət edənlər qaraçılar olub.
Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqu Mehriban Quliyevanın söylədiyinə görə, virus daşıyıcıları əsasən 3-15 yaşlı uşaqlardır:
"Onların bir qismi müalicəyə cəlb olunsa da, müalicələrini hər zaman sonadək başa çatdırmaq mümkün olmur. Çünki yayınırlar, istəmirlər. Qaraçılardan sonra digər şəxslər arasında da Hepatit virusu daşıyıcıları ortaya çıxıb. Onlar arasında həm uşaqlar həm də böyüklər var".